Azərbaycanın yeganə təkrarsığorta şirkəti - "AzRe Təkrarsığorta" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 22,35 milyon manat xalis mənfəət əldə edib. Bu, 2024-cü illə müqayisədə 7,8 % azdır.
Bu ilin əvvəlinə "AzRe Təkrarsığorta"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 26,1% çox - 212,5 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 103,6 milyon manat (33,5% çox), balans kapitalı isə 108,9 milyon manat (19,8% çox), o cümlədən nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) olub.