Azərbaycanda 2016-cı ildən bəri sığorta şirkətlərinin sayı 40% azalıb.
Yurd.Media "Valyuta.az"a istinadən xəbər verir ki, son 10 ildə sığorta şirkətlərinin sayında və bazarın iştirakçıları arasında əhəmiyyətli dəyişikliklər baş verib.
2016-cı ildə ölkədə 25 sığorta şirkəti fəaliyyət göstərdiyi halda, 2026-cı ilin yanvar-avqust ayları üzrə bu göstərici 15-ə enib. Beləliklə, müqayisə edilən dövrdə sığorta şirkətlərinin sayı 10 vahid və ya 40% azalıb.
2016-2026-cı illər üzrə sığortaçıların siyahılarının müqayisəsi göstərir ki, bu müddətdə 14 şirkət əvvəlki dövrlərin siyahılarından çıxıb, 4 şirkət isə siyahılara əlavə olunub.
İllər üzrə siyahıdan çıxan və əlavə olunan sığorta şirkətləri aşağıdakı cədvəldə təqdim olunur.
| İl | Şirkət sayı | Siyahıdan çıxan | Əlavə olunan |
|---|---|---|---|
| 2016 | 25 | - | - |
| 2017 | 21 | 5 | 1 |
| 2018 | 21 | 0 | 0 |
| 2019 | 22 | 0 | 1 |
| 2020 | 20 | 3 | 1 |
| 2021 | 20 | 1 | 1 |
| 2022 | 20 | 0 | 0 |
| 2023 | 18 | 2 | 0 |
| 2024 | 17 | 1 | 0 |
| 2025 | 16 | 1 | 0 |
| 2026 (yanvar-avqust) | 15 | 1 | 0 |
| Yekun dəyişiklik | -10 | 14 | 4 |