Bu il iyulun 1-nə Azərbaycanın bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi kreditlərin 158,6 milyon manatı qeyri-işlək olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı yarım illik Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Sənədə əsasən, bu, BOKT-ların kredit qoyuluşunun 12%-i deməkdir.
Son 1 ildə qeyri-işlək kreditlər 29,8 milyon manat və yaxud 23,1% artıb, onun xüsusi çəkisi isə 3,9 faiz bəndi azalıb.