"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") 2026-cı ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, törəmə bank 9 ayda 6,5 milyon lari və yaxud 4,2 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 dəfə çoxdur.
Bu il oktyabrın əvvəlinə “PASHA Bank Georgia”nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 3,8% çox – 662 milyon lari (430,3 milyon manat), o cümlədən xalis kredit portfeli 16,9% çox – 425,3 milyon lari (276,4 milyon manat) təşkil edib.
Törəmə bankın öhdəlikləri 515,6 milyon lari (335,1 milyon manat, 0,4% çox), o cümlədən depozit portfeli 441,8 milyon lari (287,2 milyon manat, 7,8% çox), balans kapitalı isə 146,4 milyon lari (95,2 milyon manat, 17% çox), o cümlədən nizamnamə kapitalı 136,8 milyon lari (88,9 milyon manat, dəyişməyib) olub.
QEYD: 1 lari 65 qəpiyə bərabər götürülüb.