SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Bu bankların problemli kreditləri başağrısına çevrilib - CƏDVƏL

Bu bankların problemli kreditləri "başağrısına çevrilib" - CƏDVƏL

  • 22 oktyabr 2026, 10:36

Bu il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən 21 bankdan 5-nin vaxtı keçmiş kreditləri 60 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (386,7 milyon manat) və “Kapital Bank” (216,5 milyon manat) ASC-lər, “Access Bank” (77 milyon manat) QSC, “Xalq Bank” (71,7 milyon manat) və “PAŞA Bank” (67,8 milyon manat) ASC-lərdir.

Qalan 16 bankdan 13-nün vaxtı keçmiş kreditləri 10-60 milyon manat arasında, 3-nün vaxtı keçmiş kreditləri isə 10 milyon manatdan az olub.

Son 1 ildə 7 bankın vaxtı keçmiş kreditləri azalıb. Ən çox azalma “Zıraat Bank Azərbaycan” ASC-də (49,1%), ən az azalma isə “AFB Bank” ASC-də (1,2%) qeydə alınıb.

Qalan 14 bankın isə problemli kreditləri artıb. Ən yüksək dinamika “Premium Bank” ASC-də (2,2 dəfə), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı” QSC-də (1,8%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin III rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL

- ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA - CƏDVƏL

- Əhalinin banklara kreditləri durmadan artır - CƏDVƏL

Skat.az - Ev və Avtomobil elanları