SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması

Kapital Bank

"Kapital Bank" — Azərbaycan Respublikasında fəaliyyət göstərən, fiziki və hüquqi şəxslərə bank xidmətləri təqdim edən kommersiya bankıdır. Bank 21 fevral 2000-ci ildə Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUS Bank) adı ilə yaradılıb və 25 fevral tarixində dövlət qeydiyyatına alınıb, 29 dekabr 2004-cü ildə isə indiki adını alıb. Varislik hüququna istinadən bank öz tarixini 1874-cü ildən hesablayır. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 fevral 2000-ci il tarixli 244 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

Hazırda "PAŞA Holding" MMC-nin tərkibinə daxildir və ölkənin bütün regionlarını əhatə edən geniş filial şəbəkəsinə malikdir.

Tarix
"Kapital Bank"ın tarixi 24 iyul 1874-cü ildə Bakıda yaradılan əmanət kassası ilə başlayır. Bu kassalar Rusiya Dövlət Bankının Bakı şöbəsinin tərkibində fəaliyyət göstərib. Rəhbəri İvan Xandojevski olan şöbənin Uçot Komitəsinin üzvləri sırasında Hacı Zeynalabdin Tağıyev və digər tanınmış azərbaycanlılar yer alıb.

1919-cu ildə Azərbaycan Demokratik Respublikasının dövründə Azərbaycan Dövlət Bankı təsis edilib və əmanət kassalarının fəaliyyəti bərpa olunub. 1920-ci ildə ADR-in süqutundan sonra Azərbaycan İnqilab Komitəsinin qərarı ilə bank strukturları Azərbaycan Xalq Bankına birləşdirilib. 1924-cü ildə SSRİ Dövlət Bankının tərkibində Dövlət Əmək Əmanət Kassaları yaradılıb, 1988-ci ildə isə bu strukturlar SSRİ Əmanət Bankının Azərbaycan filialına çevrilib. 1992-ci ildə müstəqillik dövründə Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırılıb.

2000-ci ildə Əmanət Bankı, Aqrar-Sənaye Bankı və Sənaye-İnvestisiya Bankının birləşməsi ilə Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradılıb. 29 dekabr 2004-cü ildə BUSBank-ın adı dəyişdirilərək Kapital Bank adlandırılıb.

Sahibliyi və şəbəkə
Kapital Bank-ın əsas səhmdarı "Paşa Holdinq" MMC-dir (81,08%). Bankın nizamnamə kapitalı 265 milyon AZN təşkil edir. Ölkə üzrə 121 filialı, 52 şöbəsi ilə Kapital bank ən böyük xidmət şəbəkəsinə malikdir. Bankın açıqladığı məlumata əsasən, 7 milyondan artıq aktiv ödəniş kartı var.

Rəqəmsal bankçılıq
2018-ci ildə Kapital Bank-ın rəqəmsal bankçılıq məhsulu olan "Birbank" mobil tətbiqi istifadəyə verilib. Bu tətbiq istifadəçilərə ödəniş, köçürmə, kredit, depozit də daxil olmaqla bir çox bank əməliyyatlarını onlayn şəkildə yerinə yetirmək imkanı yaradır. Bankın 2024-cü ildə açıqladığı məlumata əsasən Birbank mobil tətbiqinin 3 milyondan çox istifadəçisi var.

Bankın mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulan "Birbank Biznes" və fərdi müştərilər üçün nəzərdə tutulan "Birbank Private" bankçılıq xidmətləri də mövcuddur.

Beynəlxalq reytinqlər və mükafatlar
2025-ci ildə "Standard & Poor's" və "Moody's" agentlikləri tərəfindən Kapital Banka, müvafiq olaraq "BB-/B" və "Ba2" səviyyəsində reytinqlər verilib. Hər iki agentlik reytinq proqnozunu "pozitiv" kimi qiymətləndirib.[3][4]

Bank 2025-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "Qeyri-neft sektoru üzrə vergi rekordçusu" nominasiyasında mükafata layiq görülüb. PAŞA Holding, eləcə də onun törəmə şirkətlərindən olan Kapital Bank bir neçə nominasiya üzrə mükafat əldə edib.[5] Davamlı inkişaf və effektiv transformasiya" mövzusunda forum keçirilib.

Bank həmçinin Visa, "International Investor" onlayn jurnalı və digər beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Birbank Private layihəsi isə "Best Private Banking Azerbaijan" mükafatını qazanıb.

Sosial təşəbbüslər
Kapital Bank müxtəlif Korportaiv Sosial Məsuliyyət layihələrində iştirak edir. 2019-cu ildə bank əməkdaşlarının təşəbbüsü ilə uşaq evləri, sığınacaqlar və digər ehtiyacı olanlara yardım göstərmək üçün "Red Hearts" Fondu yaradılıb. Həmçinin, təhsilə dəstək məqsədilə müxtəlif proqramlar həyata keçirilir, o cümlədən, Respublika Fənn Olimpiadasının sponsorluğu,[8] "Birbank" təqaüd proqramı və bullinqlə mübarizəyə dair maarifləndirici layihələr keçirilib.

Bank həmçinin ekologiya və sahibkarlığın inkişafı sahəsində təşəbbüslərdə iştirak edir.

İdarəetmə strukturu
Müşahidə Şurası
Bankın hazırkı Müşahidə Şurasının sədri Fərid Məmmədov, üzvləri isə Cəlal Qasımov, Aleksey Marey, Marqarita Koşman və Oqtay Həsənovdur.

İdarə Heyəti
Bankın İdarə Heyəti 7 üzvdən ibarətdir. İdarə Heyətinin sədri Fərid Hüseynov, üzvləri isə aşağıdakılardır:

Cavid Mirzəyev – baş pərakəndə biznes inzibatçısı
Emin Məmmədov – baş maliyyə inzibatçısı
Fərid Hidayətzadə – baş korporativ satış inzibatçısı
Fərqanə Məmmədova – insan kapitalı və təşkilati inkişaf üzrə baş inzibatçı
Kamal Abdullayev – baş komplayens inzibatçısı
Ağarza Baxşiyev – baş risk inzibatçısı

Azər-Türk Bankdan şikayətlər 3 dəfə artıb, indeksi ən yüksək olan Unibank və Yelo Bankdır
Maliyyə
18.08.2026 17:45
"Azər-Türk Bank"dan şikayətlər 3 dəfə artıb, indeksi ən yüksək olan "Unibank" və "Yelo Bank"dır
Ən yaxşı bank tətbiqi - SORĞUNUN NƏTİCƏLƏRİ
Maliyyə
17.08.2026 09:02
Ən yaxşı bank tətbiqi - SORĞUNUN NƏTİCƏLƏRİ
Banklar nə qədər qazandı? – Xalis mənfəət üzrə CƏDVƏL
Maliyyə
14.08.2026 10:21
Banklar nə qədər qazandı? – Xalis mənfəət üzrə CƏDVƏL
“PAŞA Bank” və “Xalq Bank” mənfəət vergisi ödəmələrini azaldıb - CƏDVƏL
Maliyyə
13.08.2026 12:47
“PAŞA Bank” və “Xalq Bank” mənfəət vergisi ödəmələrini azaldıb - CƏDVƏL
Azərbaycanda 8 bank xüsusi ehtiyatlara ayırmaları azaldıb - CƏDVƏL
Maliyyə
12.08.2026 09:18
Azərbaycanda 8 bank xüsusi ehtiyatlara ayırmaları azaldıb - CƏDVƏL
Əməliyyat mənfəəti artan və azalan banklar - CƏDVƏL
Maliyyə
11.08.2026 09:06
Əməliyyat mənfəəti artan və azalan banklar - CƏDVƏL
Qeyri-faiz xərcləri yalnız “PAŞA Bank” və “Bank VTB Azərbaycan”da AZALDI - CƏDVƏL
Maliyyə
10.08.2026 09:43
Qeyri-faiz xərcləri yalnız “PAŞA Bank” və “Bank VTB Azərbaycan”da AZALDI - CƏDVƏL
Kapital Bank faiz xərclərinə qənaət edən yeganə bankdlr - CƏDVƏL
Maliyyə
07.08.2026 10:33
"Kapital Bank" faiz xərclərinə qənaət edən yeganə bankdlr - CƏDVƏL
Bankların əməliyyat xərcləri nə qədər artıb? - CƏDVƏL
Maliyyə
06.08.2026 12:39
Bankların əməliyyat xərcləri nə qədər artıb? - CƏDVƏL
“PAŞA Bank”, Xalq Bank və  “Yelo Bank”ın  qeyri-faiz gəlirlərində KƏSKİN AZALMA
Maliyyə
05.08.2026 10:41
“PAŞA Bank”, "Xalq Bank" və “Yelo Bank”ın qeyri-faiz gəlirlərində KƏSKİN AZALMA
Faiz gəlirləri aşıb-daşan banklar - CƏDVƏL
Maliyyə
04.08.2026 09:42
Faiz gəlirləri "aşıb-daşan" banklar - CƏDVƏL
“PAŞA Bank və Xalq Bankın əməliyyat gəlirlərində milyonlarla manat AZALMA - CƏDVƏL
Maliyyə
03.08.2026 08:56
“PAŞA Bank" və "Xalq Bank"ın əməliyyat gəlirlərində milyonlarla manat AZALMA - CƏDVƏL
Nizamnamə kapitalını artıran banklar - CƏDVƏL
Maliyyə
31.07.2026 11:22
Nizamnamə kapitalını artıran banklar - CƏDVƏL
“PAŞA Bank”, “Xalq Bank” və “Express Bank”ın balans kapitalında AZALMA - CƏDVƏL
Maliyyə
30.07.2026 09:42
“PAŞA Bank”, “Xalq Bank” və “Express Bank”ın balans kapitalında AZALMA - CƏDVƏL
“Kapital Bank” AMB-yə borcunu 12%-dən çox azaldıb - CƏDVƏL
Maliyyə
29.07.2026 09:43
“Kapital Bank” AMB-yə borcunu 12%-dən çox azaldıb - CƏDVƏL
“Bank Respublika” depozit portfeli ən çox azalan bankdır - CƏDVƏL
Maliyyə
28.07.2026 09:27
“Bank Respublika” depozit portfeli ən çox azalan bankdır - CƏDVƏL
Bu bankların öhdəlikləri 2 milyard manatı aşdı - CƏDVƏL
Maliyyə
27.07.2026 12:21
Bu bankların öhdəlikləri 2 milyard manatı aşdı - CƏDVƏL
Problemli kreditləri artan banklar - CƏDVƏL
Maliyyə
23.07.2026 09:02
Problemli kreditləri artan banklar - CƏDVƏL
“Xalq Bank”dan başqa bütün banklar kredit portfelini arıtrdı - CƏDVƏL
Maliyyə
22.07.2026 09:33
“Xalq Bank”dan başqa bütün banklar kredit portfelini arıtrdı - CƏDVƏL
Aparıcı banklar qiymətli kağızlara investisiyaları azaldır - SİYAHI
Maliyyə
21.07.2026 09:28
Aparıcı banklar qiymətli kağızlara investisiyaları azaldır - SİYAHI
Aktivləri azalan banklar: Ən böyük geriləmə Xalq Bankda - CƏDVƏL
Maliyyə
20.07.2026 10:37
Aktivləri azalan banklar: Ən böyük geriləmə "Xalq Bank"da - CƏDVƏL
“Kapital Bank” I yarımilin maliyyə hesabatını verib
Maliyyə
17.07.2026 10:17
“Kapital Bank” I yarımilin maliyyə hesabatını verib
Ödəniş təşkilatının rəhbəri dəyişdi
Biznes
08.07.2026 14:08
Ödəniş təşkilatının rəhbəri dəyişdi
Pasha Payin nizamnamə kapitalı 100 milyon manata çatır
Maliyyə
08.07.2026 10:35
"Pasha Pay"in nizamnamə kapitalı 100 milyon manata çatır
“Kapital Bank”ın “Bir Kredit BOKT-na daha 2,5 milyon manat pul qoyuldu
Maliyyə
07.07.2026 09:41
“Kapital Bank”ın “Bir Kredit" BOKT-na daha 2,5 milyon manat pul qoyuldu
Cəlal Qasımovu “Kapital Bank”da İlya Arxipov əvəzlədi
Maliyyə
23.06.2026 15:26
Cəlal Qasımovu “Kapital Bank”da İlya Arxipov əvəzlədi
“Kapital Bank”a 100 milyon manat pul lazımdır
Maliyyə
19.06.2026 11:44
“Kapital Bank”a 100 milyon manat pul lazımdır