SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Kapital Bank” ona aid olmayan BOKT-a görə “minnətçi düşüb”

“Kapital Bank” ona aid olmayan BOKT-a görə “minnətçi düşüb”

  • 15 oktyabr 2026, 15:56

“Kapital Bank” ASC ona məxsus “Birbank İnvest” mobil tətbiqi vasitəsilə “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarına abunə yazılmaq imkanı yaradıb.

Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.

Məlumata görə, bu xidmət “Kapital Bank”la birlikdə “PAŞA Holdinq” MMC-də təmsil olunan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunur.

Xatırladaq ki, “Embafinans”ın səhmlərinin 86%-i Elşad Abbasova, 14%-i isə Tamara Polyakovaya məxsusdur. Yəni, BOKT-un “Kapital Bank”la bağlılığı yoxdur. Bankın törəməsi olan BOKT isə “Bir Kredit” MMC-dir.

Skat.az - Ev və Avtomobil elanları