SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycanda faizlərdən ən çox qazanan banklar - CƏDVƏL

Azərbaycanda faizlərdən ən çox qazanan banklar - CƏDVƏL

  • 03 noyabr 2026, 10:23

Bu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin faiz gəlirləri 220 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Kapital Bank” (986,3 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (937,2 milyon manat), “PAŞA Bank” (441,6 milyon manat), “Bank Respublika” (240,4 milyon manat) və “Unibank” (222,9 milyon manat) ASC-lərdir.

Qalan 16 bankdan 6-nın faiz gəlirləri 100-220 milyon manat arasında, 9-nun faiz gəlirləri 10-100 milyon manat arasında, 1-nin faiz gəlirləri isə 10 milyon manatdan azdır.

Son 1 ildə 2 bankın faiz gəlirləri azalıb. Ən çox azalma İran Milli Bankının Bakı filialında (8,4%), ən az azalma isə “Xalq Bank” ASC-də (7,3%) qeydə alınıb.

Qalan 19 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (2,3 dəfə), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan” ASC-də (0,6%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin III rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL

- ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA - CƏDVƏL

- Əhalinin banklara kreditləri durmadan artır - CƏDVƏL

- Bu bankların problemli kreditləri "başağrısına çevrilib" - CƏDVƏL

- Bu 3 bank öhdəliklərini AZALDIR - CƏDVƏL

- Əmanətçilər ən çox “Bank Respublika” və "Xalq Bank"dan pullarını çəkir - CƏDVƏL

- “Kapital Bank” AMB-yə borcunu 14%-ə yaxın azaldıb - CƏDVƏL

- “PAŞA Bank” və “Express Bank”dan başqa bütün bankların balans kapitalı artıb - CƏDVƏL

- Banklarda nizamnamə kapitalı ilə bağlı son durum - CƏDVƏL

- Bu 3 bankın əməliyyat gəlirləri AZALDI - CƏDVƏL

Skat.az - Ev və Avtomobil elanları