SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Büdcənin ehtiyat fondundan ayırmalar proqnozdan 4 dəfə çox olub

Büdcənin ehtiyat fondundan ayırmalar proqnozdan 4 dəfə çox olub

  • 02 noyabr 2026, 16:19

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsinin ehtiyat fondundan isə 468,4 milyon manat vəsait ayrılıb.

Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.

Maraqlıdır ki, bu məbləğ proqnozdan 4,25 dəfə çoxdur. Belə ki, büdcədə həmin ehtiyat fondu üçün 110 milyon manat vəsait nəzərdə tutulur.

9 ayda Prezident İlham Əliyevin ehtiyat fondundan ayırmalar isə 300 milyon manatlıq proqnozun təxminən 1/6-i qədər – 49,2 milyon manat təşkil edib. Beləliklə, hesabat dövründə ehtiyat fondlarından ümumi ayırmalar 517,6 milyon manat olub.

Skat.az - Ev və Avtomobil elanları