Bu ilin iyul-sentyabr aylarında Azərbaycanda pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 290 milyon ABŞ dolları təşkil edib.
Yurd.Media bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nəzərən təxminən 50% çoxdur.