Bu ilin sentyabr ayında məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti, yəni Azərbaycan Mərkəzi Bankının (AMB) sektor qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq təxminən 100 milyon manat azalıb.
Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.
Məlumata görə, sentyabrın sonuna izafi likvidlik 6,2 milyard manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Xatırladaq ki, iyul-avqust aylarında izafi likvidlik təxminən 300 milyon manat artmışdı.