Azərbaycan hökuməti gələn il dövlət büdcəsindən seçki və statistikaya 36 milyon manat ayırmağı planlaşdırır.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu illə müqayisədə seçki və statistika xərcləri 9,5% artırılıb. Bu istiqamətdə xərcləmələr büdcə xərclərinin 0,1%-ni təşkil edəcək.