SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Xalq Sığorta”da strateji müştərilərlə əlaqələrə o cavabdeh olacaq

“Xalq Sığorta”da strateji müştərilərlə əlaqələrə o cavabdeh olacaq

  • 29 oktyabr 2026, 18:26

“Xalq Sığorta” ASC-də yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Seymur İsmayıllı “Xalq Sığorta”da Strateji müştərilər şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

O, yeni təyinatından əvvəl 2025-ci ilin iyulundan 2026-cı ilin iyun ayınadək “Xalq Sığorta”da Satışa dəstək şöbəsinin rəhbəri, 2024-cü ilin iyulundan 2025-ci ilin iyun ayınadək isə Agentlər və filiallar şöbəsinin rəhbəri vəzifələrini tutub.

O, 2022-ci ilin sentyabrından “MedAssist” şirkətində baş menecer vəzifəsində də fəaliyyət göstərir.

Seymur İsmayıllı 2021-ci ilin mayından 2022-ci ilin oktyabrınadək “Acıbadem Healthcare Group”da ölkə nümayəndəsi, 2019–2021-ci illərdə isə “Intermak Group” şirkətində Satış departamentinin direktoru olub.

Bundan əlavə, o, 2007-ci ilin oktyabrından biznes məsləhətçisi kimi fəaliyyət göstərir. Bu çərçivədə Azərbaycan və İndoneziya sahibkarları arasında əməkdaşlığın qurulması, biznes forumlarının təşkili və ticarət əlaqələrinin inkişafı ilə məşğul olub.

Seymur İsmayıllıSeymur İsmayıllı

Skat.az - Ev və Avtomobil elanları