Azərbaycan Mərkəzi Bankı bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı kredit ittifaqı icmalını açıqlayıb.
Yurd.Media xəbər verir ki, sənədə əsasən, 9 ayda kredit ittifaqları 1,5 milyon manat zərər edib.
İttifaqlar ötən ilin eyni dövründən 0,1 milyon manat mənfəətlə çıxmışdı.
Hazırda ölkədə 35 kredit ittifaqı var.