“Yapı Kredi Bank Azərbaycan” QSC-də yeni təyinat həyata keçirilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Məmməd Əlizadə “Yapı Kredi Bank Azərbaycan”da Kreditlərin idarəedilməsi departamentinin direktor müavini vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Məmməd Əlizadə bundan əvvəl həmin bankda Korporativ Kreditlərin Təhlili Departamentinin meneceri və digər müvafiq struktur bölmələrində rəhbər və mütəxəssis vəzifələrində çalışıb. O, 2018-ci ildən bu bankda fəaliyyət göstərir. 2012-2014-cü illərdə Unibankda, 2015-2018-ci illərdə isə Dəmirbankda işləyib.
Məmməd Əlizadə