Bu il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən 21 bankdan 5-nin öhdəlikləri 2,2 milyard manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (13 794,9 milyon manat), “Kapital Bank” (12 575,1 milyon manat), “PAŞA Bank” (9 002,3 milyon manat), “Bank Respublika” (2 372,8 milyon manat) və “Xalq Bank” (2 291,8 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 7-nin öhdəlikləri 1-2,2 milyard manat arasında, 8-nin öhdəlikləri 0,1-1 milyard manat arasında, 1-nin öhdəlikləri isə 0,1 milyard manatdan az olub.
Son 1 ildə 3 bankın öhdəlikləri azalıb. Ən çox azalma “Xalq Bank”da (26%), ən az azalma isə “Bank Respublika”da (4,6%) qeydə alınıb.
Qalan 18 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (2 dəfə), ən aşağı dinamika isə “Turan Bank” ASC-də (1,9%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin III rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
- ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA - CƏDVƏL
- Əhalinin banklara kreditləri durmadan artır - CƏDVƏL
- Bu bankların problemli kreditləri "başağrısına çevrilib" - CƏDVƏL