Müxtəlif sahələr üzrə peşəkar aktiv idarəçiliyi xidmətləri təqdim edən "Alltegrity Group" şirkətində yeni təyinat olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Cavidan Mahmudov şirkətin maliyyə direktoru təyin edilib.
O, 2022-2026-cı illərdə dünyanın məşhur auditor və konsaltinq şirkətlərindən biri olan "EY" şirkətində, 2013-2022-ci illərdə isə konsaltinq şirkəti olan "Baker Tilly Azerbaijan"da fəaliyyət göstərib.
Qeyd edək ki, "Alltegrity Group" MMC 2021-ci ildə təsis edilib, özəl investisiya və strateji aktivlərin idarə edilməsi şirkətidir. Şirkət investorları və portfel müəssisələrini analitik alətlər, müasir texnologiyalar və sahəvi ekspertiza ilə təmin edərək aktivlərin uzunmüddətli dəyərini artırmağa və riskləri minimuma endirməyə fokuslanır.
