2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 98 milyon manatı Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə daxilolmaların payına düşəcək.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,7% azdır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 254 milyon manat, büdcə xərclərinin isə 42 400 milyon manat olacağı gözlənilir.