Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı sığorta icmalını açıqlayıb.
Yurd.Media xəbər verir ki, 9 ay ərzində yerli sığorta şirkətləri 1 248,5 milyon manat sığorta haqqı toplayıb, 882,7 milyon manat sığorta ödənişi edib.
Bunlar, ötən ilin eyni dövrünə nisbətən 7,9% və 29,1% çoxdur.
Xatırladaq ki, yanvar-avqust aylarının yekununda sığorta haqları 6,4%, sığorta ödənişləri isə 28,1% artmışdı.