Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan sığortaçıları topladıqları hər 100 manat sığorta haqqının 70,7 manatını ödənişə yönəldib.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı sığorta icmalında bildirilir.
Ötən ilin eyni dövründə bu göstərici 59,1 manat olub.
Başqa sözlə, son 1 ildə sığorta bazarında zərərlilik 59,1%-dən 70,7%-ə yüksəlib.