2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 17 milyon manatı dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmaların payına düşəcək.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,3% çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 254 milyon manat, büdcə xərclərinin isə 42 400 milyon manat olacağı gözlənilir.