Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 5-nin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 9 aylıq sığorta icmalında bildirilir.
Sənədə əsasən, bunlar, “Atasığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Qala Həyat Sığorta” və “Qala Sığorta”dır.
Ən çox azalma AMB-nin lisenziyasını ləğv etdiyi “Atasığorta”da (99,9%), ən az azalma isə “Azsığorta”da (7,5%) olub.
Bu dövr ərzində 11 sığorta şirkətinin yığımları isə artıb. Ən yüksək dinamika “Meqa Həyat Sığorta” ASC-də (84,4%), ən aşağı dinamika isə “A-Qrup Sığorta” ASC-də (0,2%) qeydə alınıb.