SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
AllAllFinance I yarımildə 3 milyon manatdan çox xalis mənfəət əldə edib

"AllAllFinance" I yarımildə 3 milyon manatdan çox xalis mənfəət əldə edib

  • 03 noyabr 2026, 19:48

Azərbaycanın kollektor agentliyi - "AllAllFinance" ASC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 3,2 milyon manat xalis mənfəət əldə edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.

Bu il iyulun əvvəlinə "AllAllFinance"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 2,1 dəfə çox – 13,4 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 5 milyon manat (47,5% çox), balans kapitalı isə 8,4 milyon manat (2,85 dəfə çox), o cümlədən nizamnamə kapitalı cəmi 4 min manat (41 dəfə çox) olub.

Skat.az - Ev və Avtomobil elanları