Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri 1,5 milyard manat təşkil edib ki, bunun da 0,7 milyard manatı faiz ödənişləri olub.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, faiz ödənişlərinin 0,3 milyard manatı xarici dövlət borcu, 0,4 milyard manatı isə daxili dövlət borcu üzrə həyata keçirilib.