Bu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin (xalis) mənfəəti 45 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (352,4 milyon manat), “Kapital Bank” (297 milyon manat), “PAŞA Bank” (133,8 milyon manat), “Bank Respublika” (50,3 milyon manat) ASC-lər, “Access Bank” (45,3 milyon manat) QSC-dir.
Qalan 16 bankdan 8-də (xalis) mənfəət 10-45 milyon manat arasında olub, 8 bankda isə 10 milyot manatdan azdır.
Son 1 ildə 21 bankdan 16-nın (xalis) mənfəəti artıb. Ən yüksək dinamika “Unibank” ASC-də (72,6%), ən aşağı dinamika isə “PAŞA Bank”da (0,7%) qeydə alınıb.
5 bankın xalis mənfəəti isə azalıb. Ən çox azalma “Xalq Bank” ASC-də (53,3%), ən az azalma isə “Bank VTB Azərbaycan” ASC-də (26,8%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin III rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
- ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA - CƏDVƏL
- Əhalinin banklara kreditləri durmadan artır - CƏDVƏL
- Bu bankların problemli kreditləri "başağrısına çevrilib" - CƏDVƏL
- Bu 3 bank öhdəliklərini AZALDIR - CƏDVƏL
- Əmanətçilər ən çox “Bank Respublika” və "Xalq Bank"dan pullarını çəkir - CƏDVƏL
- “Kapital Bank” AMB-yə borcunu 14%-ə yaxın azaldıb - CƏDVƏL
- “PAŞA Bank” və “Express Bank”dan başqa bütün bankların balans kapitalı artıb - CƏDVƏL
- Banklarda nizamnamə kapitalı ilə bağlı son durum - CƏDVƏL
- Bu 3 bankın əməliyyat gəlirləri AZALDI - CƏDVƏL
- Azərbaycanda faizlərdən ən çox qazanan banklar - CƏDVƏL
- Bu bankların qeyri-faiz gəlirləri kəskin azaldı - CƏDVƏL
- Bankların əməliyyat xərclərinin müqayisəsi - CƏDVƏL
- Faiz xərcləri azalan banklar: “Xalq Bank” və “Kapital Bank” - CƏDVƏL
- “PAŞA Bank” və “Bank VTB Azərbaycan”dan başqa bütün banklar qeyri-faiz xərclərini artırıb
- Əməliyyat mənfəəti kəskin azalan banklar - CƏDVƏL
- Hansı bank xüsusi ehtiyatlara nə qədər ayırır? - CƏDVƏL
- Azərbaycanda 3 bankın gözlənilməz gəlirləri və xərcləri var - SİYAHI
- “PAŞA Bank”, “Bank of Baku” və “Xalq Bank” mənfəət vergisi ödəmələrini AZALTDI - CƏDVƏL