SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Qala Sığortanın xalis mənfəəti yarıbayarı AZALDI

"Qala Sığorta"nın xalis mənfəəti yarıbayarı AZALDI

  • 18 noyabr 2026, 11:15

"Qala Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət 9 ayda 5,05 milyon manat xalis mənfəət əldə edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,1% azdır.

Bu il oktyabrın əvvəlinə "Qala Sığorta"nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 1,05% çox – 97 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 70,7 milyon manat (6%  çox), balans kapitalı isə 26,3 milyon manat (7,1% az), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (dəyişməyib) olub.

Skat.az - Ev və Avtomobil elanları