Bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 10 697 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Fonddan bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% azdır.
Xatırladaq ki, bu il ARDNF büdcəyə 12 835 milyon manat vəsait köçürməlidir. Beləliklə, 10 aylıq ödəniş tam icra edilib.