SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Atəşgah Həyat Sığortanın aktivləri 11%-ə yaxın azalıb

"Atəşgah Həyat Sığorta"nın aktivləri 11%-ə yaxın azalıb

  • 16 noyabr 2026, 17:15

"Atəşgah Həyat Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət 9 ayda 12,9 milyon manat xalis mənfəət əldə edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,1% çoxdur.

Bu il oktyabrın əvvəlinə "Atəşgah Həyat Sığorta "nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 10,8% az – 128,7 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 107,1 milyon manat (14,3% az), balans kapitalı isə 21,6 milyon manat (11,8% çox), o cümlədən nizamnamə kapitalı 6,5 milyon manat (dəyişməyib) olub.

Skat.az - Ev və Avtomobil elanları