Qala Həyat Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət 9 ayda 7,9 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.
Bu il oktyabrın əvvəlinə "Qala Həyat Sığorta"nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 8,65% çox – 56,4 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 22,85 milyon manat (2% çox), balans kapitalı isə 33,55 milyon manat (13,7% çox), o cümlədən nizamnamə kapitalı 13,05 milyon manat (dəyişməyib) olub.