SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Lisenziyası məhdudlaşdırılan İpək Yolu Sığorta mayasını 2 dəfə artırdı

Lisenziyası məhdudlaşdırılan "İpək Yolu Sığorta" mayasını 2 dəfə artırdı

  • 18 noyabr 2026, 09:28

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 2 dəfədən çox artırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) ötən gün lisenziyasını məhdudlaşdırdığı "İpək Yolu Sığorta" nizamnamə kapitalını 14 770 min manatdan 30 012,5 min manata qaldırdı.

Kapital artımı qurumun dövriyyədə olan 17 500 ədəd səhminin nominal dəyərinin 844 manatdan 1 715 manata çatdırılması hesabına baş tutub.

Qeyd edək ki, şirkət sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması barədə tənzimləyici quruma müraciət etmişdi.

Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir. 

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,5 %-i "ASG Business Aviation" MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

ASC bu ilin yanvar-sentyabr aylarında 750 min manat xalis mənfəət əldə edib. Bu il oktyabrın əvvəlinə "İpək Yolu Sığorta"nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 3% çox - 23,6 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 8,4 milyon manat (14,9% çox), balans kapitalı isə 15,2 milyon manat (2,6% az), o cümlədən nizamnamə kapitalı 14,8 milyon manat (dəyişməyib) olub.

Skat.az - Ev və Avtomobil elanları