Bu il iyulun 1-nə bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən 21 bankdan 5-nin vaxtı keçmiş kreditləri 70 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (383,8 milyon manat), “Kapital Bank” (177,1 milyon manat), “PAŞA Bank” (141,5 milyon manat), “Zıraat Bank Azərbaycan” (117,6 milyon manat) ASC-lər və “Access Bank” (77,8 milyon manat) QSC-dir.
Qalan 16 bankdan 13-nün vaxtı keçmiş kreditləri 10-70 milyon manat arasında, 3-nün vaxtı keçmiş kreditləri isə 10 milyon manatdan az olub.
Son 1 ildə 5 bankın vaxtı keçmiş kreditləri azalıb. Ən çox azalma İran Milli Bankının Bakı filialında (31,8%), ən az azalma isə “Azərbaycan Sənaye Bankı” ASC-də (1,2%) qeydə alınıb.
Qalan 16 bankın isə problemli kreditləri artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (83,1%), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də (3,7%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin II rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri azalan banklar: Ən böyük geriləmə "Xalq Bank"da - CƏDVƏL
- Aparıcı banklar qiymətli kağızlara investisiyaları azaldır - SİYAHI
- “Xalq Bank”dan başqa bütün banklar kredit portfelini arıtrdı - CƏDVƏL