SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Aparıcı banklar qiymətli kağızlara investisiyaları azaldır - SİYAHI

Aparıcı banklar qiymətli kağızlara investisiyaları azaldır - SİYAHI

  • 21 iyul 2026, 09:28

Bu il iyulun 1-nə bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən 21 bankdan 5-nin qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (2 839,8 milyon manat), “Kapital Bank” (2 411,25 milyon manat), “PAŞA Bank” (1 567 milyon manat), “Azər-Türk Bank” (207,1 milyon manat) və “Rabitəbank” (137,6 milyon manat) ASC-lərdir.

Qalan 16 bankdan 14-nün qiymətli kağızlara investisiyaları 10-100 milyon manat arasında, 2-nin qiymətli kağızlara investisiyaları isə 10 milyon manatdan az olub.

Son 1 ildə 8 bankın qiymətli kağızlara investisiyaları azalıb. Ən çox azalma “Bank Respublika” ASC-də (79,6%), ən az azalma isə “Express Bank” ASC-də (13,2%) qeydə alınıb.

1 bank – “Bank Avrasiya” ASC qiymətli kağızlara yenicə investisiya qoymağa başlayıb, 1 bankın – “Azərbaycan Sənaye Bankı” ASC-nin son 1 ildə qiymətli kağızlara investisiyaları olmayıb.

Qalan 11 bankın isə qiymətli kağızlara investisiyaları artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (4,6 dəfə) ən aşağı dinamika isə “Azər-Bank Bank”da (2,3%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin II rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aktivləri azalan banklar: Ən böyük geriləmə "Xalq Bank"da - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları