SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Aktivləri azalan banklar: Ən böyük geriləmə Xalq Bankda - CƏDVƏL

Aktivləri azalan banklar: Ən böyük geriləmə "Xalq Bank"da - CƏDVƏL

  • 20 iyul 2026, 10:37

Bu il iyulun 1-nə bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən 21 bankdan 5-nin aktivləri 2,5 milyard manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (15 304,5 milyon manat), “Kapital Bank” (13 271,8 milyon manat), “PAŞA Bank” (9 522,35 milyon manat), “Xalq Bank” (2 832,3 milyon manat) və “Bank Respublika” (2 716,9 milyon manat) ASC-lərdir.

Qalan 16 bankdan 7-nin aktivləri 1-2,5 milyard manat arasında, 9-nun aktivləri isə 0,1-1 milyard manat arasında olub.

Son 1 ildə 3 bankın – “Bank VTB Azərbaycan” ASC, İran Milli Bankının Bakı filialı və “Xalq Bank”ın aktivləri azalıb. Müvafiq olaraq 0,1%, 1,8% və 17,7%.

Qalan 18 bankın isə aktivləri artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (72,2%), ən aşağı dinamika isə “Turan Bank” ASC-də (0,3%) qeydə alınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları