Bu il iyulun 1-nə bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən 21 bankdan 5-nin kredit portfeli 1,5 milyard manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (6 963,9 milyon manat), “Kapital Bank” (5 262,1 milyon manat), “PAŞA Bank” (3 490,45 milyon manat), “Xalq Bank” (1 730,3 milyon manat) və “Bank Respublika” (1 689,6 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 4-nün kredit portfeli 1-1,5 milyard manat arasında, 11-nin kredit portfeli 0,1-1 milyard manat arasında, 1-nin kredit portfeli isə 0,1 milyard manatdan az olub.
Son 1 ildə 1 bankın – “Xalq Bank”ın kredit portfeli 3,7% azalıb. Qalan 20 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (99,9%), ən aşağı dinamika isə “Turan Bank” ASC-də (0,6%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin II rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri azalan banklar: Ən böyük geriləmə "Xalq Bank"da - CƏDVƏL
- Aparıcı banklar qiymətli kağızlara investisiyaları azaldır - SİYAHI