Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi bu ilin yanvar-sentyabr ayları üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik hesabat hazırlayıb.
Yurd.Media-nın nazirlikdən əldə etdiyi məlumata görə, sənəd yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.
Hesabat dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, dövlət borcu ilə bağlı ictimaiyyətə açıqlanan informasiya dairəsinin genişləndirilməsi və bu sahə üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə dərc olunur.