“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-nin nizamnamə kapitalı artırıldı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT-un nizamnamə kapitalı 4% və ya 110 min manat artırılaraq 3 022 min manata çatdırıldı.
Şirkət həmçinin öz hüquqi ünvanını da dəyişib - Baki şəhəri̇, Zi̇ya Bünyadov, 1 ünvanından elə həmin küçədə yerləşən "Çinar Park" biznes mərkəzinə köçüb.
Xatırladaq ki, "Finex Kredit" 2013-cü ildə yaradılıb. BOKT-un səhmlərinin 19,4 %-i Xaqan Mirzəyevə, 16,2 %-i Səadət Mirzəyevaya, 16,1 %-i Azad Cəbraylova, 14,1 %-i Səməd Mirzəyevə, 14 %-i Raminə Allahverdiyevaya, 6,1 %-i Şəlalə Tağıyevaya, 5,6 %-i Leyla Salamovaya, 4,6 %-i Tokay Şıxəlizadəyə, 3,2 %-i Muradxan Mirzəyevə, 0,7 %-i isə Gülnarə Tağıyevaya məxsusdur.