Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 4-nün ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 9 aylıq sığorta icmalında bildirilir.
Sənədə əsasən, bunlar, “Atasığorta”, “Qala Sığorta”, “Xalq Həyat Sığorta” və “Aqrar Sığorta” ASC-lərdir.
Ən çox azalma “Aqrar Sığorta”da (61,9%), ən az azalma isə “Qala Sığorta”da (7,2%) qeydə alınıb.
Qalan 12 sığorta şirkətinin isə ödənişləri artıb. Ən yüksək dinamika “Atəşgah Həyat Sığorta” ASC-də (84,7%), ən aşağı dinamika isə “Xalq Sığorta” ASC-də (2,6%) baş verib.