SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Premium Bank” problemli kreditləri ən sürətlə artan bankdır

“Premium Bank” problemli kreditləri ən sürətlə artan bankdır

  • 23 oktyabr 2026, 10:54

Bu il oktyabrın 1-nə “Premium Bank” ASC-nin 3,1 milyon manat vaxtı keçmiş krediti olub.

Bu barədə Yurd.Media-ya bankdan bildirilib.

Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 2,2 dəfə çoxdur.

Bu, Azərbaycan bankları arasında ən kəskin artım göstəricisidir.

Qeyd edək ki, “Premium Bank” ASC 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə “Silk Vey Bank” kimi fəaliyyət göstərib, 2018-ci ildə isə rebrendinq edərək hazırkı adını alıb.

Bankın nizamnamə kapitalı 174,6 milyon manat təşkil edir. Qanuni təmsilçi Baxşəliyev Fərhad Adil oğludur.

Səhmdar strukturuna əsasən, bankın 84,46%-i “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15,22%-i “VIP Aviation Services” MMC, 0,32%-i isə Elvira Əhmədovaya məxsusdur.

Skat.az - Ev və Avtomobil elanları