Bu il yanvarın 1-nə Azərbaycanda 22 sığorta brokeri və 468 sığorta agenti olub.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, ötən il yanvarın 1-i ilə müqayisədə sığorta brokerlərinin sayı 1 vahid, sığorta agentlərinin sayı isə 13 vahid azalıb.
İl ərzində sığorta və təkrarsığorta şirkətlərinin sayında isə dəyişiklik olmayıb.
Qeyd edək ki, ölkədə 16 sığortaçı (1-i müştərək) və 1 təkrarsığortaçı (“AzRe Təkrarsığorta” ASC) fəaliyyətini davam etdirib.