SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Azər-Türk Bankda heç kim payını Azərbaycan-Oman Birbaşa İnvestisiya Fonduna satmayacaq

"Azər-Türk Bank"da heç kim payını Azərbaycan-Oman Birbaşa İnvestisiya Fonduna satmayacaq

  • 01 oktyabr 2026, 13:03

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu "Azər-Türk Bank" ASC-nin səhmdarı olmaq istəsə də, bu, mövcud səhmdarlardan kiminsə payını əldə etmək hesabına baş tutmayacaq. 

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində bildirilir. 

Məlumata görə, Fond səhmdar olmaq üçün Bankın yeni səhmlərini alacaq. Yəni, investisiya qoyuluşunun yeni səhm emissiyası yolu ilə həyata keçirilməsi, başqa sözlə Bankın nizamnamə kapitalının artırılması planlaşdırılır. 

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun “Azər-Türk Bank”ın səhmdarlarının sırasına qoşulması bu il sentyabrın 25-26-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində razılaşdırılır. Müvafiq sazişə Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktor əvəzi Dəyanət Sədullayev və Oman İnvestisiya Qurumunun Dövlətlərarası (G2G) fondları üzrə meneceri Saif Əl-Mahruqi imza atıb. 

"Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 100,5 milyon manatdır. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Skat.az - Ev və Avtomobil elanları