SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Bu bank nizamnamə kapitalını 22 milyon manatadək artırdı

Bu bank nizamnamə kapitalını 22 milyon manatadək artırdı

“Azər-Türk Bank” ASC nizamnamə kapitalını daha 21,5 milyon manat artırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank nizamnamə kapitalını 27,2 % artıraraq 79 milyon manatdan 100,5 milyon manata çatdırıb.

Qeyd edək ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,4 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,1 %-i “Zıraat Bank İnternational”a, 6,5 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur. SOCAR “Azər-Türk Bank”ın səhmdarları sırasına bu ilin iyul ayında qoşulub.

Prime Leasing
SPE Annual Caspian