 
 
            Yurd.Media-nın “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsi yekunlaşdı.
Layihənin məqsədi Azərbaycandakı sığorta şirkətlərinin İdarə Heyətinə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirmək idi.
Biz ölkədəki 16 sığorta şirkətindən 12-ni və ölkənin yeganə təkrarsığorta şirkətini əhatə etdik, tam obyektiv şəkildə şirkətlərin aktivləri və xalis mənfəəti ilə dinamikanı nümayiş etdirdik.
“Atəşgah Sığorta”, Xalq Həyat Sığorta”, “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” nın isə rəhbərliyində yenicə dəyişiklik olduğu üçün bu şirkətlərin rəhbərliyi layihədən kənarda qaldı.
Qeyd edək ki, daha əvvəl Yurd.Media “O, banka sədr gələndən sonra...” analoji layihəsi ilə ölkədə fəaliyyət göstərən bankların İdarə Heyətinə sədrlik edən şəxslərlə bağlı ətraflı infoqrafikalar təqdim etmişdi.
Yurd.Media-da daha əvvəl “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində hazırladığı materiallar:
- Məmməd Atakişiyev “A-Qrup Sığorta”ya sədr gələndən sonra...

- Seymur Əliyev “AtaSığorta”ya sədr gələndən sonra...

- Yusif Soltanov “Azsığorta”ya sədr gələndən sonra...

- Uğur İbrahimli “Meqa Sığorta”ya sədr gələndən sonra...

- Emil Ağamalıyev “Meqa Həyat Sığorta”ya sədr gələndən sonra...

- Roman Vəliyev “Xalq Sığorta”ya sədr gələndən sonra...

- Azər Əliyev “Atəşgah Həyat Sığorta”ya sədr gələndən sonra...

- Fuad Allahverdiyev “Qala Sığorta”ya sədr gələndən sonra...

- Anar Talıbov “Qala Həyat Sığorta”ya sədr gələndən sonra...

- Niyazi İmanov “İpək Yolu Sığorta”ya sədr gələndən sonra...

- İlkin Mirzəyev “Azərbaycan Sənaye Sığorta”ya sədr gələndən sonra...

- Elnarə Abbasova “Aqrar Sığorta”ya sədr gələndən sonra...

- Vüsal Abbasov “AzRe Təkrarsığorta” ASC-yə sədr gələndən sonra...
