SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Fuad Allahverdiyev “Qala Sığorta”ya sədr gələndən sonra...

Fuad Allahverdiyev “Qala Sığorta”ya sədr gələndən sonra...

  • 17 oktyabr 2025, 11:07

Yurd.Medianın “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsinin növbəti qonağı “Qala Sığorta” ASC-nin İdarə Heyətinin sədri Fuad Allahverdiyevdir.

Layihənin məqsədi Azərbaycandakı sığorta şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

F.Allahverdiyevə gəlincə isə, o, səhmdarı gizli saxlanılan Azərbaycan sığortaçısına 2016-cı ilin dekabr ayından rəhbərlik edir, sığorta sektorunda azı 15 illik iş təcrübəsinə malikdir, indiki iş yerindən əvvəl uzun illər bazarı tərk etmiş “Qarant Sığorta” ASC-yə rəhbərlik edib.

F.Allahverdiyevin dövründə “Qala Sığorta”nın aktivləri ümumilikdə 10 dəfə artıb. Əgər 2016-cı ilin yekununda şirkət 8,65 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2017-ci ilin yekununda 15,05 milyon manat, 2018-ci ilin yekununda 20,4 milyon manat, 2019-cu ilin yekununda 31,55 milyon manat, 2020-ci ilin yekununda 47,5 milyon manat, 2021-ci ilin yekununda 52,9 milyon manat, 2022-ci ilin yekununda 63,1 milyon manat, 2023-cü ilin yekununda 70 milyon manat, 2024-cü ilin yekununda isə 87 milyon manat təşkil edib.

Bu illər ərzində “Qala Sığorta” arada zərərlə işləyib, amma xalis mənfəəti əsasən artıb. Belə ki, şirkət 2016-cı ildə 0,2 milyon manat mənfəət əldə etdiyi halda, 2017-ci ildə 0,6 milyon manat zərər edib, 2018-ci ildə 1,1 milyon manat, 2019-cu ildə 1,3 milyon manat, 2020-ci ildə 2,1 milyon manat. 2021-ci ildə 9,4 milyon manat, 2022-ci ildə 10,6 milyon manat, 2023-cü ildə 9,9 milyon manat, 2024-cü illərdə isə 14,9 milyon manat mənfəətə nail olub.

“Qala Sığorta” müştərilərinə baş ofisi, 14 nümayəndəliyi və 2 filialı vasitəsilə xidmət göstərir.

Yurd.Media-da daha əvvəl “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- Məmməd Atakişiyev “A-Qrup Sığorta”ya sədr gələndən sonra...

- Seymur Əliyev “Atasığorta”ya sədr gələndən sonra...

- Yusif Soltanov “Azsığorta”ya sədr gələndən sonra...

- Uğur İbrahimli “Meqa Sığorta”ya sədr gələndən sonra...

- Emil Ağamalıyev “Meqa Həyat Sığorta”ya sədr gələndən sonra...

- Roman Vəliyev “Xalq Sığorta”ya sədr gələndən sonra...

- Azər Əliyev “Atəşgah Həyat Sığorta”ya sədr gələndən sonra...

Prime Leasing