SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Uğur İbrahimli “Meqa Sığorta”ya sədr gələndən sonra...

Uğur İbrahimli “Meqa Sığorta”ya sədr gələndən sonra...

Yurd.Media-nın “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsinin növbəti qonağı “Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədri Uğur İbrahimlidir.

Layihənin məqsədi Azərbaycandakı sığorta şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

U.İbrahimliyə gəlincə isə, o, sığorta şirkətinə 2023-cü ilin may ayından rəhbərlik edir, sığorta sektorunda təxminən 20 illik iş təcrübəsinə malikdir. Bunun 8 ili indiki iş yerinin payına düşüb.

U.İbrahimlinin dövründə “Meqa Sığorta”nın aktivləri təxminən 30% artıb. Əgər 2022-cü ilin yekununda şirkət 43,5 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2023-cü ilin yekununda 51,7 milyon manat, 2024-cü ilin yekununda isə 56,6 milyon manat təşkil edib.

Bu illər ərzində “Meqa Sığorta”nın xalis mənfəəti isə həm azalıb, həm də artıb. Belə ki, şirkət 2022-ci ildə 3,8 milyon manat, 2023-cü ildə 2,5 milyon manat, 2024-cü ildə isə 2,7 milyon manat xalis mənfəət əldə edib.

"Meqa Sığorta" müştərilərinə baş ofisi, 6 nümayəndəliyi və 8 filialı vasitəsilə xidmət göstərir.

Yurd.Media-da daha əvvəl “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- Məmməd Atakişiyev “A-Qrup Sığorta”ya sədr gələndən sonra...

- Seymur Əliyev “Atasığorta”ya sədr gələndən sonra...

- Yusif Soltanov “Azsığorta”ya sədr gələndən sonra...

Prime Leasing