SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Seymur Əliyev “Atasığorta”ya sədr gələndən sonra...

Seymur Əliyev “Atasığorta”ya sədr gələndən sonra...

Yurd.Media-nın “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsinin növbəti qonağı “Atasığorta” ASC-nin İdarə Heyətinin sədri Seymur Əliyevdir.

Layihənin məqsədi Azərbaycandakı sığorta şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

S.Əliyevə gəlincə isə, o, “Ata Holdinq” MMC-yə məxsus Azərbaycan sığortaçısına 2024-cü ilin aprel ayından rəhbərlik edir, sığorta sektorunda 14 illik iş təcrübəsinə malikdir. Bunun 10 ili “Azsığorta” ASC-nin payına düşüb.

S.Əliyevin dövründə “Atasığorta”nın aktivləri təxminən 1% azalıb. Əgər 2023-cü ilin yekununda şirkət 15,8 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2024-cü ilin yekununda 15,7 milyon manat təşkil edib.

Ötən il “Atasığorta”nın xalis zərəri isə əvvəlki ilə nisbətən təxminən 60% azalaraq 0,95 milyon manatdan 0,4 milyon manata düşüb.

Şirkət müştərilərinə baş ofisi, 1 nümayəndəliyi və 7 filialı vasitəsilə xidmət göstərir.

Yurd.Media-da daha əvvəl “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- Məmməd Atakişiyev “A-Qrup Sığorta”ya sədr gələndən sonra...

Prime Leasing