SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Yusif Soltanov “Azsığorta”ya sədr gələndən sonra...

Yusif Soltanov “Azsığorta”ya sədr gələndən sonra...

Yurd.Media-nın “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsinin növbəti qonağı “Azsığorta” ASC-nin İdarə Heyətinin sədri Yusif Soltanovdur.  

Layihənin məqsədi Azərbaycandakı sığorta şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir. 

Y.Soltanova gəlincə isə, o, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın Azərbaycan sığortaçısına 2021-ci ilin mart ayından rəhbərlik edir, sığorta sektorunda 10 illik iş təcrübəsinə malikdir. Bunun hamısı indiki iş yerinin payına düşüb. 

Y.Soltanovun dövründə “Azsığorta”nın aktivləri təxminən 2 dəfə azalıb. Əgər 2020-ci ilin yekununda şirkət 64,25 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2021-ci ilin yekununda 38,1 milyon manat, 2022-ci ilin yekununda 34,6 milyon manat, 2023-cü ilin yekununda 29,9 milyon manat, 2024-cü ilin yekununda isə 30,7 milyon manat təşkil edib. 

Bu illər ərzində “Azsığorta”nın xalis mənfəəti gah azalıb, gah artıb, olmayıb, şirkət arada hətta zərərlə işləyib. Belə ki, maliyyə qurumu 2020-ci ildə 1,9 milyon manat mənfəət əldə etdiyi halda, bu rəqəm 2021-ci ildə 0,8 milyon manat olub. 2022-ci ildə 2 milyon manatlıq zərərdən sonra 2023-cü ildə 1,6 milyon manat, 2024-cü ildə isə 2,7 milyon mənfəət əldə olunub. 

Şirkət müştərilərinə baş ofisi, 4 nümayəndəliyi və 8 filialı vasitəsilə xidmət göstərir. 

Yurd.Media-da daha əvvəl “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- Məmməd Atakişiyev “A-Qrup Sığorta”ya sədr gələndən sonra...

- Seymur Əliyev “Atasığorta”ya sədr gələndən sonra...

Prime Leasing