SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azər Əliyev “Atəşgah Həyat Sığorta”ya sədr gələndən sonra...

Azər Əliyev “Atəşgah Həyat Sığorta”ya sədr gələndən sonra...

  • 16 oktyabr 2025, 10:47

Yurd.Medianın “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsinin növbəti qonağı “Atəşgah Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Azər Əliyevdir.

Layihənin məqsədi Azərbaycandakı sığorta şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

A.Əliyevə gəlincə isə, o, “Ran-Exim” MMC-yə məxsus Azərbaycan sığortaçısına 2016-cı ilin dekabr ayından rəhbərlik edir, sığorta sektorunda 13 illik iş təcrübəsinə malikdir. Bunun hamısı indiki iş yerinin payına düşüb.

A.Əliyevin dövründə “Atəşgah Həyat Sığorta”nın aktivləri ümumilikdə 50% artıb. Əgər 2016-cı ilin yekununda şirkət 84,2 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2017-ci ilin yekununda 55,8 milyon manat, 2018-ci ilin yekununda 89,4 milyon manat, 2019-cu ilin yekununda 97,5 milyon manat, 2020-ci ilin yekununda 69,7 milyon manat, 2021-ci ilin yekununda 67,5 milyon manat, 2022-ci ilin yekununda 79,4 milyon manat, 2023-cü ilin yekununda 102,1 milyon manat, 2024-cü ilin yekununda isə 126,3 milyon manat təşkil edib.

Bu illər ərzində “Atəşgah Həyat Sığorta”nın xalis mənfəəti əsasən artıb. Belə ki, şirkət 2016-cı ildə 2,8 milyon manat mənfəət əldə etdiyi halda, bu rəqəm 2017-ci ildə 4,8 milyon manat, 2018-ci ildə 6.6 milyon manat, 2019-cu ildə 7 milyon manat, 2020-ci ildə 5 milyon manat. 2021-ci ildə 6,4 milyon manat, 2022-ci ildə 8,5 milyon manat, 2023-2024-cü illərdə isə 7,5 milyon manat təşkil edib.

“Atəşgah Həyat Sığorta” müştərilərinə baş ofisi vasitəsilə xidmət göstərir.

Yurd.Media-da daha əvvəl “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- Məmməd Atakişiyev “A-Qrup Sığorta”ya sədr gələndən sonra...

- Seymur Əliyev “Atasığorta”ya sədr gələndən sonra...

- Yusif Soltanov “Azsığorta”ya sədr gələndən sonra...

- Uğur İbrahimli “Meqa Sığorta”ya sədr gələndən sonra...

- Emil Ağamalıyev “Meqa Həyat Sığorta”ya sədr gələndən sonra...

- Roman Vəliyev “Xalq Sığorta”ya sədr gələndən sonra...

Prime Leasing