SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Emil Ağamalıyev “Meqa Həyat Sığorta”ya sədr gələndən sonra...

Emil Ağamalıyev “Meqa Həyat Sığorta”ya sədr gələndən sonra...

  • 14 oktyabr 2025, 09:58

Yurd.Medianın “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsinin növbəti qonağı “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Emil Ağamalıyevdir.

Layihənin məqsədi Azərbaycandakı sığorta şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

E.Ağamalıyevə gəlincə isə, o, sığorta şirkətinə 2023-cü ilin may ayından rəhbərlik edir, sığorta sektorunda təxminən 15 illik iş təcrübəsinə malikdir. Bunun 4 ili indiki iş yerinin payına düşüb.

E.Ağamalıyevin dövründə “Meqa Həyat Sığorta”nın aktivləri təxminən 2 dəfə artıb. Əgər 2022-cü ilin yekununda şirkət 19,6 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2023-cü ilin yekununda 23,55 milyon manat, 2024-cü ilin yekununda isə 40,55 milyon manat təşkil edib.

Bu illər ərzində “Meqa Həyat Sığorta”nın xalis mənfəəti daima artıb. Belə ki, şirkət 2022-ci ildə 0,6 milyon manat, 2023-cü ildə 1,1 milyon manat, 2024-cü ildə isə 1,5 milyon manat xalis mənfəət əldə edib.

“Meqa Həyat Sığorta” müştərilərinə baş ofisi və 2 filialı vasitəsilə xidmət göstərir.

Yurd.Media-da daha əvvəl “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- Məmməd Atakişiyev “A-Qrup Sığorta”ya sədr gələndən sonra...

- Seymur Əliyev “Atasığorta”ya sədr gələndən sonra...

- Yusif Soltanov “Azsığorta”ya sədr gələndən sonra...

- Uğur İbrahimli “Meqa Sığorta”ya sədr gələndən sonra...

Prime Leasing