Yurd.Medianın “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsinin növbəti qonağı “Xalq Sığorta” ASC-nin İdarə Heyətinin sədri Roman Vəliyevdir.
Layihənin məqsədi Azərbaycandakı sığorta şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
R.Vəliyevə gəlincə isə, o, iki hüquqi şəxsə məxsus Azərbaycan sığortaçısına 2023-cü ilin may ayından rəhbərlik edir, bundan əvvəl 4 il “Xalq Həyat Sığorta” ASC-nin İH-nin sədri olub.
R.Vəliyevin dövründə “Xalq Sığorta”nın aktivləri 9%-ə yaxın artıb. Əgər 2022-ci ilin yekununda şirkət 81,9 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2023-cü ilin yekununda 79,1 milyon manat, 2024-cü ilin yekununda isə 89 milyon manat təşkil edib.
Bu illər ərzində “Xalq Sığorta” zərərdən çıxıb, amma onun xalis mənfəəti azalıb. Belə ki, şirkət 2022-ci ildə 12,2 milyon manat zərər edib, 2023-cü ildə 12,5 milyon manat, 2024-cü ildə isə 4,8 milyon manat xalis mənfəət əldə edib.
“Xalq Sığorta” müştərilərinə baş ofisi, 28 nümayəndəliyi və 1 filialı vasitəsilə xidmət göstərir.
Yurd.Media-da daha əvvəl “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:
- Məmməd Atakişiyev “A-Qrup Sığorta”ya sədr gələndən sonra...
- Seymur Əliyev “Atasığorta”ya sədr gələndən sonra...
- Yusif Soltanov “Azsığorta”ya sədr gələndən sonra...
- Uğur İbrahimli “Meqa Sığorta”ya sədr gələndən sonra...
- Emil Ağamalıyev “Meqa Həyat Sığorta”ya sədr gələndən sonra...