Yurd.Medianın “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsinin növbəti qonağı “İpək Yolu Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyazi İmanovdur.
Layihənin məqsədi Azərbaycandakı sığorta şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
N.İmanova gəlincə isə, o, əsasən aviasiya sahəsi üzrə ixtisaslaşmış Azərbaycan sığortaçısına ilk gündən rəhbərlik edir, sığorta sektorunda 23 illik iş təcrübəsinə malikdir. Bunun da 14 ili indiki iş yerinin payına düşüb.
N.İmanovun dövründə - son 5 ildə “İpək Yolu Sığorta”nın aktivləri ümumilikdə 3 dəfə azalıb. Əgər 2019-cu ilin yekununda şirkət 70,5 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2020-ci ilin yekununda 30,2 milyon manat, 2021-ci ilin yekununda 23,9 milyon manat, 2022-ci ilin yekununda 32,2 milyon manat, 2023-cü ilin yekununda 31,8 milyon manat, 2024-cü ilin yekununda isə 23,4 milyon manat təşkil edib.
Bu illər ərzində “İpək Yolu Sığorta”nın xalis mənfəəti isə həm artıb, həm də azalıb. Belə ki, şirkət 2019-cu ildə 0,7 milyon manat, 2020-ci ildə 2 milyon manat, 2021-ci ildə 1 milyon manat, 2022-ci ildə 0,7 milyon manat, 2023-cü ildə 0,7 milyon manat, 2024-cü ildə isə 1,6 milyon manat mənfəət əldə edib.
“İpək Yolu Sığorta” müştərilərinə baş ofisi və 11 nümayəndəliyi vasitəsilə xidmət göstərir.
Yurd.Media-da daha əvvəl “O, sığorta şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:
- Məmməd Atakişiyev “A-Qrup Sığorta”ya sədr gələndən sonra...
- Seymur Əliyev “AtaSığorta”ya sədr gələndən sonra...
- Yusif Soltanov “Azsığorta”ya sədr gələndən sonra...
- Uğur İbrahimli “Meqa Sığorta”ya sədr gələndən sonra...
- Emil Ağamalıyev “Meqa Həyat Sığorta”ya sədr gələndən sonra...
- Roman Vəliyev “Xalq Sığorta”ya sədr gələndən sonra...
- Azər Əliyev “Atəşgah Həyat Sığorta”ya sədr gələndən sonra...
- Fuad Allahverdiyev “Qala Sığorta”ya sədr gələndən sonra...
- Anar Talıbov “Qala Həyat Sığorta”ya sədr gələndən sonra...